Bakı.Trend:
Fransada polis əməkdaşı terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb.
Bu barədə Fransanın "TF1" telekanalı məlumat yayıb.
35 yaşlı polis əməkdaşı avqustun 23-də Parisin İl-de-Fransın İvelin departamentində polis bölməsindən çıxarkən saxlanılıb. İstintaqçılar onu digər hüquq-mühafizə əməkdaşlarına qarşı da daxil olmaqla, “dövlətin maraqlarına qarşı hücumlar” hazırlamaqda, habelə ifrat sağçı hərəkatla əlaqədə şübhəli biliblər. Bundan əlavə, onun 3D çap texnologiyasından istifadə etməklə silah hazırladığı ehtimal olunub. Evində aparılan axtarış zamanı silah hissələri aşkarlanıb.
Avqustun 27-də həmin şəxsə “terror aktının törədilməsinə hazırlıq”, “terror aktının həyata keçirilməsi planları ilə əlaqədar silah hazırlama və saxlama” ittihamları irəli sürülüb. O, həmçinin internet forumlarından birində paylaşdığı yazılar əsasında “internetdə mesajlar vasitəsilə terrorçuluğa təhrik etməkdə” ittiham olunub.
