Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib (FOTO)

Cəmiyyət Xəbər 17 Sentyabr 2026 19:19 (UTC +04:00)
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib (FOTO)

Bakı. Trend:

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Gənzə kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.

Yeni Azərbaycan Partiyasının Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılovun da iştirak etdiyi görüşdə Gənzədən olan seçicilərlə yanaşı, Anabad kəndindən olan seçicilər də iştirak ediblər.

Deputat görüşdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparıb, seçiciləri maraqlandıran sualları cavablandırıb.

Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti