TDT-nin müsəlman dini idarə rəhbərləri Ağdama gəliblər (FOTO)

Cəmiyyət Xəbər 16 Sentyabr 2026 10:46 (UTC +04:00)
TDT-nin müsəlman dini idarə rəhbərləri Ağdama gəliblər (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının VII görüşü çərçivəsində keçirilən beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Ağdam şəhərinə gəliblər.

Trend-in Qarabağ bürosunun məlumatına görə, İslam dünyasının görkəmli mütəfəkkiri, azərbaycanlı alim, ilahiyyatçı filosof Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunan konfrans işini Ağdam şəhərində davam etdirir.

Konfrans çərçivəsində Şeyx Seyyid Yəhya Bakuvi Şirvaninin elmi-fəlsəfi irsi, İslam dünyasında rolu və irsinin müasir dövrdə öyrənilməsi ilə bağlı məsələlərin müzakirə olunması nəzərdə tutulur.

Qeyd edək ki, sentyabrın 14-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Müsəlman Dini İdarə Rəhbərlərinin VII görüşü keçirilib.

Görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının dini qurumlarının rəhbərləri iştirak ediblər. Tədbirin sonunda Bakı Bəyannaməsi qəbul edilib.

Sentyabrın 15-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Xəbər yenilənəcək

Məqalədə:

Xəbər lenti

Xəbər lenti