Bakı. Trend:
2027-ci ildə gəlirlər sahəsində həyata keçiriləcək əsas istiqamətlər ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır.
Bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-ciilin dövlət vəicmal büdcələrinin ilkin göstəricilərinədair Açıqlama” sənədində bildirilib
Bildirilib ki, bu tədbirlər çərçivəsində vergi borclarının idarə olunması sahəsində daha çevik yanaşmaların tətbiqi və könüllü ödəniş intizamının gücləndirilməsi, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi və vergi və gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi kimi addımlar planlaşdırılır. Qeyd olunanlar nəzərə alınmaqla, 2027-ciil üzrə gəlir siyasətinin əsas istiqamətləri aşağıdakıları nəzərdə tutulur.
"Biznes mühitinin fəaliyyətinin, investisiya qoyuluşunun təşviqi və vergitutma bazasının genişləndirilməsi: Vergi siyasətində əsas prioritetlərdən biri olan biznes mühitinin daha əlverişli və proqnozlaşdırıla bilən əsaslarla formalaşdırılması, real sektorun inkişafını dəstəkləyən mexanizmlərin gücləndirilməsi və investisiya fəallığının təşviqidir. Bu çərçivədə müddəti başa çatan vergi güzəşt və azadolmalarının müddətinin uzadılması, qeyri-neft sektorunun inkişafı məqsədilə nəticəyönümlü yeni güzəştlərin müəyyən edilməsi nəzərdə tutulur.
Vergi inzibatçılığının və nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsi: Vergi gəlirlərinin dayanıqlılığının təmin edilməsi baxımından əsas istiqamətlərdən biri vergitutma bazasının genişləndirilməsi və vergitutma obyektlərinin daha dəqiq müəyyən edilməsidir. Bu çərçivədə uçot, hesabat və ödəmə intizamına nəzarətin gücləndirilməsi nəzərdə tutulur.
Vergi borcları üzrə möhlət mexanizminin sadələşdirilməsi və təşviqlərin tətbiqi: Vergi borclarının idarəolunması sahəsində əsas istiqamətlərdən biri borcların tənzimlənməsi mexanizmlərinin sadələşdirilməsi, ödəyicilər üçün daha çevik yanaşmaların tətbiqi və könüllü ödəniş intizamının gücləndirilməsidir. Bu çərçivədə vergi borcları üzrə möhlət verilməsi prosedurlarının təkmilləşdirilməsi, ödəmə qabiliyyətində çətinlik yaşayan, lakin iqtisadi fəaliyyətini davam etdirən vergi ödəyiciləri üçün daha əlverişli mexanizmlərin müəyyən olunması, habelə müəyyən şərtlər daxilində maliyyə sanksiyaları və penya üzrə güzəştlərin tətbiqi imkanlarının nəzərdən keçirilməsi nəzərdə tutulur", - məlumatda qeyd edilib.
