Səudiyyə Ərəbistanına dron hücumu – ölən və yaralılar var

Dünya xəbərləri Xəbər 17 Sentyabr 2026 17:30 (UTC +04:00)
Səudiyyə Ərəbistanına dron hücumu – ölən və yaralılar var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Səudiyyə Ərəbistanının qərbində “Ənsar-Allah” husi hərəkatına (Yəmən) məxsus pilotsuz uçuş aparatının ölkənin hava hücumlarından müdafiə (HHM) sistemləri tərəfindən zərərsizləşdirilməsindən sonra onun dağıntılarının yerə düşməsi nəticəsində bir nəfər həlak olub.

Bu barədə krallığın mülki müdafiə xidmətinin nümayəndəsi SPA agentliyinə açıqlama verib.

Məlumata görə, insident nəticəsində həlak olan şəxs Yəmən vətəndaşı olub. Bundan başqa bir ABŞ vətəndaşı və bir Pakistan vətəndaşının yaralandığı bildirilir. Sonuncunun vəziyyəti ağır olaraq qiymətləndirilir. Dağıntıların düşdüyü yerdə binalara və nəqliyyat vasitələrinə ziyan dəyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti