Azərbaycanda külək enerjisi istehsalı 22 dəfəyədək artıb

Energetika Xəbər 17 Sentyabr 2026 17:44 (UTC +04:00)
Azərbaycanda külək enerjisi istehsalı 22 dəfəyədək artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda külək elektrik stansiyalarında (KES) 726,7 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

Trend-in Dövlət Statistika Komitəsinin məlumaıtna əsasən hesablamasına görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 693,3 milyon kVt-saat və ya 21,8 dəfə çoxdur.

Eyni zamanda hesabat dövründə ölkədə günəş elektrik stansiyalarında 446,2 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin ilk səkkiz ayındakı göstərici ilə müqayisədə 38,3 milyon kVt-saat və yaxud 9,4% artım deməkdir.

Bundan başqa, bu ilin ilk səkkiz ayında ölkədə istilik elektrik stansiyalarında (İES) 13,550 milyard kVt-saat elektrik enerjisi istehsal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1,460 milyard kVt-saat və ya 9,7% azdır.

Hesabat dövründə Azərbaycanda su elektrik stansiyalarında (SES) 2,499 milyard kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 242 milyon kVt-saat və ya 10,7% artım deməkdir.

Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin yanvar-avqust aylarında 2 milyard 373,3 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 448,5 milyon manat təşkil edib.

Dövlət Gömrük Komitəsinin son məlumatına əsasən isə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 16,629 milyon ABŞ dolları dəyərində 319,040 milyon kilovat-saat elektrik enerjisi ixrac edilib.

Trend-in komitənin məlumatları əsasında hesablamasına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin ixracı dəyər ifadəsində 36,105 milyon ABŞ dolları və ya 3,2 dəfə, həcm ifadəsində isə 600,885 milyon kilovat-saat və ya 2,9 dəfə azalıb.

Hesabat dövründə elektrik enerjisi ixracının qeyri-neft sektoru ixracındakı payı 0,26 faiz təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti