SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olunub

Cəmiyyət Sənəd 17 Sentyabr 2026 12:30 (UTC +04:00)
SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olunub
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) əməkdaşlarına (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarın mətni Nazirlər Kabinetinin rəsmi saytında dərc edilib.

Qərara əsasən, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarına (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi, o cümlədən xəstəliklərin profilaktikası, ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator-poliklinik və stasionar tibbi yardım, onların tibbi reabilitasiyası və sağlamlaşdırılmasının təmin edilməsi Daxili İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qərarın icrası ilə əlaqədar müvafiq vəsaitlərin hər il növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Daxili İşlər Nazirliyi ilə razılaşdırılmış təklifləri əsasında DİN-in saxlanılması xərclərinin tərkibində nəzərdə tutulmasını təmin etməlidir.

Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti