KXDR-də ABŞ və müttəfiqlərinin nüvə müharibəsi potensialını artırmaqda olduğu bildirilib

Dünya xəbərləri Xəbər 17 Sentyabr 2026 05:40 (UTC +04:00)
Kim Jong Un

Bakı. Trend:

ABŞ və müttəfiqləri tədricən nüvə müharibəsi potensialını artırırlar. Bunu KXDR müdafiə nazirinin müavini Kim Qan İr bildirib.

“Vəziyyətin Koreya yarımadasında qarşıdurma və eskalasiyanın qapalı dairəsindən çıxa bilməməsinin əsas səbəbi ABŞ və onun əlaltılarının 80 il ərzində KXDR-ə qarşı ardıcıl şəkildə düşmənçilik siyasəti yürütməsi, ehtiyatsız siyasi və hərbi təxribatlar törətməsi və nüvə müharibəsi potensialını tədricən artırmasıdır”, - deyə o, 13-cü Syanşan Beynəlxalq Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.

Yaponiya və Koreya Respublikası nüvə silahı əldə etməyə çalışaraq hərbi güclərini israrla artırırlar. Bunu KXDR müdafiə nazirinin müavini Kim Qan İr bildirib.

“Beynəlxalq vəziyyətin xaotik xarakterindən kor olan və həddindən artıq ambisiyalara qapılan Yaponiya və Cənubi Koreya ABŞ-ın himayəsi altında nüvə silahına yiyələnmək məqsədilə hərbi güclərini ehtiyatsız şəkildə fəal surətdə artırırlar”, - deyə o, 13-cü Syanşan Beynəlxalq Təhlükəsizlik Forumunda çıxışı zamanı vurğulayıb.

Xəbər lenti

Xəbər lenti