Bakı.Trend:
Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafı müzakirə olunub.
Gürcüstan Prezidentinin Administrasiyasının yaydığı məlumata görə, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Gürcüstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Giorgi Zakaraşvili ilə görüşüb.
Məlumata görə, Prezident Sarayında keçirilən görüşdə Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əhəmiyyəti və ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi perspektivləri müzakirə olunub.
“Gürcüstan və Azərbaycan arasında uzun illərdir mövcud olan dostluq münasibətlərinə, həmçinin iki ölkənin regionda sülhün, sabitliyin və iqtisadi inkişafın təşviqindəki roluna diqqət yetirilib.
Gürcüstan Prezidenti Giorgi Zakaraşvilini diplomatik missiyasına başlaması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb”, - deyə Gürcüstan Prezidentinin Administrasiyasının yaydığı məlumatda bildirilib.
