Ronaldo "Əl-Nəsr"lə Asiya Çempionlar Liqasına ağır məğlubiyyətlə başlayıb

İdman Xəbər 15 Sentyabr 2026 22:49 (UTC +04:00)
Ronaldo "Əl-Nəsr"lə Asiya Çempionlar Liqasına ağır məğlubiyyətlə başlayıb

Bakı. Trend:

Portuqaliyalı hücumçu, beşqat “Qızıl top” sahibi Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Asiya Çempionlar Liqasının ilk turunda səfərdə BƏƏ-nin “Əl-Ayn” komandasına 0:4 hesabı ilə uduzub.

Ronaldo matçın sonuna qədər meydanda olub.

Növbəti turda “Əl-Ayn” səfərdə İraqın “Əl-Kuva” komandası ilə, “Əl-Nəsr” isə Özbəkistanın “Neftçi” klubunu qəbul edəcək.

Görüşlər oktyabrın 12-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti