Nepal daşqınlarında 600-dan çox turist itkin düşüb

Dünya xəbərləri Xəbər 15 Sentyabr 2026 15:37 (UTC +04:00)
Nepal daşqınlarında 600-dan çox turist itkin düşüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Nepal Turizm Departamenti fəlakət bölgəsində olan xarici turistlərlə bağlı yenilənmiş məlumatları açıqlayıb. Məlumata görə, avqustun 26-da baş vermiş dağıdıcı sel və daşqınlardan sonra 607 nəfər itkin düşmüş hesab olunur.

Bu barədə “Nepal News” portalı məlumat yayıb.

Departamentin nümayəndəsi informasiya agentliyinə bildirib ki, hazırda 329 qadın və 269 kişi barədə məlumat yoxdur. Daha 9 nəfərin şəxsiyyəti hələ müəyyənləşdirilməyib.

İtkin düşənlərin əksəriyyəti - 189 nəfər Hindistan vətəndaşıdır. Siyahıda 65 ABŞ vətəndaşı, 55 Malayziya vətəndaşı, 54 Ukrayna vətəndaşı da var. Həmçinin 37 Çin, 33 Avstraliya və 33 Latviya vətəndaşından xəbər yoxdur. İndiyədək 33 Britaniya və 30 Kanada vətəndaşı ilə əlaqə saxlamaq mümkün olmayıb.

Xatırladaq ki, avqustun sonunda Nepalın şimalında güclü daşqın baş verib və nəticədə təxminən 1,4 min nəfər həyatını itirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti