Bakı. Trend:
2026-cı il noyabrın 26–27-də Ermənistanın Dilican şəhərində “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi keçirilib.
Bu barədə "Sülh Körpüsü" dialoq platformasının məlumatında bildirilib.
Görüşdə iki ölkədən vətəndaş cəmiyyəti təşkilatlarının, media qurumlarının, analitik və ekspert dairələrinin təxminən 60 nümayəndəsi iştirak edib. Bu, “Sülh körpüsü” təşəbbüsünün beşinci görüşü olub.
İki gün ərzində bir sıra görüşlər və müzakirələr keçirilib. İştirakçılar 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyini, Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması imkanlarını, eləcə də iki cəmiyyət arasında qarşılıqlı etimadın yaradılması üçün mümkün tədbirləri müzakirə ediblər.
İştirakçılar dayanıqlı iqtisadi əməkdaşlıq imkanları, Cənubi Qafqazda ticarət və bağlantı marşrutlarının inkişafı, humanitar məsələlər barədə fikir mübadiləsi aparıblar. Gündəlikdə, həmçinin, gənclərlə iş, təhsil və iki ölkənin vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması məsələləri yer alıb.
“Sülh körpüsü” təşəbbüsünün beşinci dəyirmi masa müzakirəsinin iştirakçıları Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan və Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan ilə görüşüblər. Görüşlər zamanı iştirakçılar rəsmilərə suallar ünvanlamaq imkanı əldə edib, daha sonra fikir və mülahizələr ətrafında müzakirələr aparılıb.
Müzakirələr komitələr üzrə də təşkil olunub. İştirakçılar müvafiq komitələrdə mövcud problemləri müzakirə edib, əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanları araşdırıblar.
Komitələr aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərib:
- İqtisadi məsələlər və infrastruktur
- Humanitar və sosial məsələlər
- Ətraf mühit məsələləri
- Media
- Təhsil, ictimai narrativlər və gənclərlə iş
- Siyasi və geosiyasi məsələlər
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin bu görüşü iki cəmiyyət arasında birbaşa dialoqun, qarşılıqlı etimadın və uzunmüddətli əməkdaşlığın gücləndirilməsi istiqamətində növbəti addım olub, sülh gündəliyi ətrafında konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyib.
“Sülh körpüsü” təşəbbüsü əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
İştirakçıların siyahısı aşağıda təqdim olunur:
“Sülh Körpüsü” təşəbbüsünün üzvləri (Ermənistan)
- Areq Koçinyan – Ermənistan Şurasının prezidenti
- Naira Sultanyan – Demokratiyanın İnkişafı Fondunun direktoru
- Narek Minasyan – Ermənistan Şurasının eksperti
- Samvel Meliksetyan – Ermənistan Şurasının eksperti
- Boris Navasardyan – Yerevan Mətbuat Klubunun fəxri prezidenti (onlayn formatda iştirak edəcək)
Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri
- Alen Amirxanyan – Ermənistan Amerika Universitetinin (AUA) Akopyan Ətraf Mühit Mərkəzinin direktoru
- Harutyun Alpetyan – Ermənistan Amerika Universitetinin (AUA) Akopyan Ətraf Mühit Mərkəzinin proqram direktoru və müəllimi, tullantıların idarə olunması üzrə ekspert
- Armen Şahbazyan – Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) və “GOPA Consulting Group”un davamlı inkişaf, xüsusi mühafizə olunan ərazilər və biomüxtəliflik üzrə mütəxəssisi
- Benyamin Zakaryan – “GEOINFO” MMC-nin Tədqiqat Mərkəzinin su ehtiyatları üzrə mütəxəssisi, hidroloq
- Sos Xaçikyan – Ermənistan Dövlət İqtisad Universitetinin (ASUE) Fənlərarası Tədqiqat Mərkəzinin rəhbəri, iqtisadçı
- Aşot Markosyan – Ermənistan Dövlət İqtisad Universitetinin (ASUE) Amberd Tədqiqat Mərkəzinin baş eksperti, iqtisadçı
- Levon Barxudaryan – Ermənistan Dövlət İqtisad Universitetinin (ASUE) Amberd Tədqiqat Mərkəzinin baş elmi işçisi, iqtisadçı
- Karen Sarkisyan – Ermənistan Milli Elmlər Akademiyasının Beynəlxalq Elmi-Tədris Mərkəzinin idarəetmə üzrə mütəxəssisi, iqtisadçı
- Eviya Hovhannisyan – müstəqil ekspert, infrastruktur üzrə tədqiqatçı
- Vazgen Karapetyan – Avrasiya Tərəfdaşlıq Fondunun direktor müavini
- Tatev Danielyan – Ermənistan İctimai Televiziyasının siyasi proqramlar üzrə baş redaktoru və teleaparıcısı
- Nelli Rafayelyan – Media Təşəbbüsü Mərkəzinin jurnalisti
- Eleonora Sarkisyan – Ermənistan Şurasının eksperti
- Mariam Xalatyan – “Socioscope” Tədqiqat Mərkəzinin sosioloqu
- Tiqran Amiryan – “Mədəni və Sosial Narrativlər Laboratoriyası” QHT-sinin prezidenti
- Satenik Mkrtçyan – NCEDI Fondunun təhsil üzrə mütəxəssisi
- Robert Gevondyan – Ermənistan Şurasının eksperti
- Armen Petrosyan – Orbeli Tədqiqat Mərkəzinin regional məsələlər üzrə eksperti
- Edqar Vardanyan – Ermənistan Şurasının eksperti
- Lusine Xaratyan – yazıçı və mədəni antropoloq
- Arpi Harutyunyan – Demokratiyanın İnkişafı Fondunun ədliyyə və insan hüquqları üzrə layihə rəhbəri
- Aşot Melikyan – Söz Azadlığının Müdafiəsi Komitəsinin sədri
- Sargis Harutyunyan – Yerevan Mətbuat Klubunun proqram meneceri
- Anna Gevorgyan – Sivilizasiya və Mədəniyyət Araşdırmaları Mərkəzinin tədqiqatçısı
- Nelli Minasyan – İrəvan Dövlət Universitetinin Ermənişünaslıq İnstitutunun tarix üzrə fəlsəfə doktoru, dosent, türkologiya mütəxəssisi
- Elina Xaçaturyan – “Peace Dialogue” QHT-sinin prezidenti
“Sülh körpüsü” təşəbbüsünün Azərbaycan üzvləri
- Fərhad Məmmədov – Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi, İdarə Heyəti sədrinin müavini; Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru.
- Rusif Hüseynov – Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru.
- Kəmalə Məmmədova – 1news.az xəbər portalının baş redaktoru.
- Ramil İskəndərli – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri.
- Fuad Abdullayev – Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi.
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri
6. Yeganə Hacıyeva – Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü.
7. Orxan Amaşov – AnewZ telekanalının redaktoru və aparıcısı.
8. Sənan Rzayev – CBC televiziyasının redaktoru və baş siyasi şərhçisi.
9. Həmid Həmidov – media direktoru.
10. Namiq Mayılov – Report.az-ın baş redaktoru.
11. Gülbəniz Qənbərova – Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri.
12. Aytən Qəhrəman – Azərbaycan Dillər Universitetinin professoru.
13. Şəhla İsmayıl – Rasional İnkişaf Uğrunda Qadınlar Assosiasiyasının (WARD) sədri.
14. Hafiz Şəfixanov – Azərbaycan Minalar Əleyhinə Kampaniya İctimai Birliyinin sədri.
15. Əhməd Əlili – Qafqaz Siyasət Təhlili Mərkəzinin direktoru.
16. Rafiq İsmayılov – “Vətəndaş Cəmiyyəti Uğrunda” İctimai Birliyinin sədri, siyasi analitik.
17. Rauf Ağamirzəyev – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, nəqliyyat eksperti.
18. Ayxan Qadaşov – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının rəhbəri.
19. Yunis Orucov – Əməkdar jurnalist
20. Fuad Kərimli – “Global South” QHT Platformasının baş katibi.
21. Cəsur Mədətzadə – Avropa Tələbələr Forumu Bakı İctimai Birliyinin sədri.
23. Eldar Həmzəli – tədqiqatçı, müstəqil ekspert.
24. Anar Əyyubov – UNEC Rus İqtisad Məktəbinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru.
25. Murad Muradov – Topçubaşov Mərkəzinin həmtəsisçisi.
26. Amin Məmmədov – Su Təsərrüfatı Mütəxəssisləri İctimai Birliyinin nümayəndəsi.
27. Elman Yusifov – “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İctimai Birliyinin nümayəndəsi.
28. Orxan Babayev – Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin əməkdaşı.
29. Elbrus Musayev – AnewZ telekanalının operatoru.