Aİ liderləri növbəti yeddiillik büdcə ilə bağlı razılığa gələ bilməyiblər

Dünya xəbərləri Xəbər 27 Noyabr 2026 05:59 (UTC +04:00)
Aİ liderləri növbəti yeddiillik büdcə ilə bağlı razılığa gələ bilməyiblər
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri Brüsseldə keçirilən danışıqların yekununda qurumun növbəti yeddiillik büdcəsinin parametrləri ilə bağlı razılığa gələ bilməyiblər.

Bunu Almaniya kansleri Fridrix Merz Aİ sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, tərəflər büdcənin ilin sonunadək təsdiqlənməsini planlaşdırırlar.

“Avropa İttifaqının növbəti çoxillik maliyyə planını intensiv şəkildə müzakirə etdik. Etiraf etməliyik ki, onun necə formalaşdırılmasına dair mövqelər hələ də ciddi şəkildə fərqlənir. Danışıqların hazırkı mərhələsində bunda təəccüblü heç nə yoxdur”, – deyə Merz qeyd edib.

Almaniya kansleri vurğulayıb ki, tərəflərin mövqelərinin yaxınlaşdırılması üçün vaxt və ciddi siyasi iradə tələb olunur.

Xəbər lenti

Xəbər lenti