ABŞ-də elektrik enerjisi olmayan istehlakçıların sayı 760 mini ötüb

Dünya xəbərləri Xəbər 27 Noyabr 2026 03:57 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də 760 mindən çox ev təsərrüfatı elektrik enerjisiz qalıb.

Bu “PowerOutage” monitorinq resursunun məlumatında bildirilib.

Məlumata əsasən, ölkə üzrə 761 226 ev təsərrüfatında elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb. Ən çox kəsinti Virciniya, Missuri, Merilend və Pensilvaniya ştatlarında müşahidə olunub.

Qeyd edək ki, çərşənbə günü güclü yağış və küləklə əlaqədar Nyu-York və Nyu-Cersi ştatlarında fövqəladə vəziyyət elan edilib. Küləyin sürətinin saniyədə 26 metrə çatacağı proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti