Böyük Britaniya “Babcock” 8,7 milyard funt sterlinqlik müqavilə imzalayıb

Dünya xəbərləri Xəbər 27 Noyabr 2026 01:59 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya hökuməti sualtı qayıqlara texniki xidmət sisteminin təkmilləşdirilməsi məqsədilə müdafiə sənayesi şirkəti “Babcock” ilə 8,7 milyard funt sterlinq (11,4 milyard dollar) dəyərində müqavilə bağlayıb.

Bu, şirkətin tarixində imzalanmış ən böyük müqavilədir.

Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, investisiyalar sualtı qayıqlara texniki xidmət müddətini azaltmağa, onların yenidən istismara qaytarılmasını sürətləndirməyə və ölkənin nüvə çəkindirmə potensialını gücləndirməyə imkan verəcək.

Müdafiə naziri Ues Stritinq bəyan edib ki, hökumət digər qurumlara ayrılmış vəsaitlərin yenidən bölüşdürülməsi zərurəti yaransa belə, nüvə çəkindirmə potensialının inkişafına və ölkənin döyüş hazırlığının artırılmasına üstünlük vermək niyyətindədir.

“Babcock” şirkətinin açıqlamasına əsasən, beşillik müqavilənin icrası nəticəsində təxminən 3 min yeni iş yerinin, həmçinin təcrübəçilər və ali təhsil müəssisələrinin məzunları üçün 2,5 minə yaxın yerin yaradılması nəzərdə tutulur.

Müqavilənin imzalanması ilə bağlı xəbərlər fonunda “Babcock”un London Fond Birjasında ticarət olunan səhmləri 6,99 faiz bahalaşıb.

Xəbər lenti

Xəbər lenti