“Beşiktaş” Avropa Liqasında “Hapoel Beer Şeva”ya qalib gəlib

İdman Xəbər 27 Noyabr 2026 00:57 (UTC +04:00)
“Beşiktaş” Avropa Liqasında “Hapoel Beer Şeva”ya qalib gəlib
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Avropa Liqasının əsas mərhələsinin V turunda Türkiyənin “Beşiktaş” klubu İsrailin “Hapoel Beer Şeva” komandasını məğlub edib.

Gürcüstanın Batumi şəhərində keçirilən qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun ilk hissəsinə əlavə edilmiş 4-cü dəqiqədə “Beşiktaş”ın kapitanı Orkun Kökçü penaltini dəqiq yerinə yetirə bilməyib.

Görüşün 75-ci dəqiqəsində Junior Olaitan hesabı açıb. 90-cı dəqiqədə isə Orkun Kökçü Duşan Vlahoviçin ötürməsindən sonra fərqi artırıb. İsrail klubunun yeganə qoluna 90+4-cü dəqiqədə Ceyvon İst imza atıb.

Qeyd edək ki, qarşılaşma zamanı “Beşiktaş” azarkeşləri ilə Gürcüstan polisi arasında qarşıdurma baş verib. İnsident səbəbindən dayandırılan oyun 35 dəqiqəlik fasilədən sonra bərpa olunub.

Bu qələbədən sonra xallarının sayını 10-a çatdıran “Beşiktaş” turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib. “Hapoel Beer Şeva” isə bir xalla 35-ci sırada qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti