Estoniyanın xarici işlər naziri Azərbaycana səfərə gəlib

Siyasət Xəbər 27 Noyabr 2026 03:32 (UTC +04:00)
Estoniyanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna Azərbaycana səfər edib.

Bu barədə Tsaxkna “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O bildirib ki, bu gün Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək.

“Bu, iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələdir. Müxtəlif sahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi, regional və Avropa təhlükəsizliyinin gücləndirilməsi məsələlərini müzakirə etmək üçün Prezident İlham Əliyev və həmkarım, xarici işlər naziri Ceyhun Bayramovla görüşləri səbirsizliklə gözləyirəm”, - deyə Tsaxkna qeyd edib.

Xəbər lenti

Xəbər lenti