Bakı. Trend:
Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası CEV Çempionlar Liqasının əsas mərhələsinə yüksələ bilməyib.
Azərbaycan təmsilçisi üçüncü təsnifat mərhələsinin cavab oyununda Sloveniyada yerli “ACH Volley Lyublyana” klubuna 1:3 (23:25, 25:23, 15:25, 18:25) hesabı ilə məğlub olub.
Lyublyananın “Tivoli” idman zalında keçirilən görüşdə Azərbaycan çempionu yalnız ikinci setdə qələbə qazanıb. Digər üç setdə isə üstünlük rəqib komandanın tərəfində olub.
Bakıda baş tutan ilk oyunda da 1:3 hesabı ilə uduzan “Xilasedici” mübarizəni CEV Kubokunda davam etdirəcək.
Qeyd edək ki, Çempionlar Liqasında debüt edən Azərbaycan klubu ikinci təsnifat mərhələsində Portuqaliyanın “Sportinq” komandasını mübarizədən kənarlaşdırmışdı.
