ABŞ-də fırtına səbəbindən 2 900-dən çox uçuş təxirə salınıb

Dünya xəbərləri Xəbər 27 Noyabr 2026 08:47 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin şərqində noyabrın 26-da baş verən fırtına nəticəsində 2 900-dən çox aviareys təxirə salınıb və ya ləğv edilib.

Həmin gün ölkə üzrə 2 462 uçuşun gecikdiyi, daha 459 reysin isə ləğv olunduğu bildirilir.

Fırtına ABŞ-də hava nəqliyyatı ilə sərnişindaşıma baxımından ilin ən sıx günlərindən biri hesab olunan Şükranlıq gününə təsadüf edib.

Qeyd edək ki, bir gün əvvəl gözlənilən güclü yağış və küləklə əlaqədar Nyu-York və Nyu-Cersi ştatlarında fövqəladə vəziyyət elan edilmişdi.

Xəbər lenti

Xəbər lenti