Bakı. Trend:
Aparıcı Firuzə Cəlilovanın Novxanıdakı bağ evinə basqın olub.
Bu barədə aparıcı özü sosial şəbəkə hesabında məlumat verib. Onun sözlərinə görə, hadisə noyabrın 26-da saat 22:00 radələrində baş verib. Bağ evinə beş avtomobillə təxminən 15 naməlum şəxs gəlib.
Cəlilovanın sözlərinə görə, evdən üç mobil telefon, təxminən 20 min manat dəyərində qədimi boyunbağı, 10 min manat dəyərində bir cüt brilyant sırğa, domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqlar oğurlanıb.
Aparıcı avtomobillərdən dördünün dövlət qeydiyyat nişanını açıqlayıb. O, hüquq-mühafizə orqanlarından hadisənin təcili və obyektiv araşdırılmasını, avtomobillərin və hadisədə iştirak edən şəxslərin müəyyənləşdirilməsini istəyib.
