Formula 1 üzrə Qətər Qran-Prisi bu gün start götürəcək

İdman Xəbər 27 Noyabr 2026 06:57 (UTC +04:00)
Formula 1 üzrə Qətər Qran-Prisi bu gün start götürəcək
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Formula 1 üzrə 2026-cı il dünya çempionatının Qətər Qran-Prisi noyabrın 27-də Lusail avtodromunda start götürəcək. Bu, mövsümün sonuncudan əvvəlki mərhələsi olacaq.

Çempionatın fərdi və komanda hesabında qaliblər artıq müəyyənləşib. İtaliyalı Kimi Antonelli və onun təmsil olunduğu “Mercedes” komandası mövsümün qalibi adını vaxtından əvvəl təmin edib.

Fərdi sıralamada “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen 304 xalla ikinci yerdə qərarlaşıb. Onu 267 xalla “Ferrari”nin pilotu Lüis Hemilton, 264 xalla isə “Mercedes”in Corc Rasselli və “McLaren”in Lando Norrisi izləyirlər.

Konstruktorlar Kubokunda üçüncü yer uğrunda “Red Bull” (440 xal) və “McLaren” (431 xal) komandaları mübarizə aparır.

Qeyd edək ki, Qətər ilk dəfə 2021-ci ildə Formula 1 yarışına ev sahibliyi edib. Ölkə ilə imzalanmış müqaviləyə əsasən, Qran-Pri 2032-ci ilədək çempionatın təqvimində yer alacaq.

Həftəsonunun proqramına əsasən, ilk sərbəst yürüş noyabrın 27-də Bakı vaxtı ilə saat 17:30-da, ikinci sərbəst yürüş isə saat 21:00-da keçiriləcək. Şənbə günü üçüncü sərbəst yürüş və sıralanma turu, bazar günü isə əsas yarış baş tutacaq.

Xəbər lenti

Xəbər lenti