Kubada konteyner gəmisi aşıb

Dünya xəbərləri Xəbər 27 Noyabr 2026 06:31 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Kubanın qərbində yerləşən Artemisa əyalətinin sahillərində Panama bayrağı altında üzən konteyner gəmisinin aşması nəticəsində azı bir nəfər ölüb, 12 nəfər xilas edilib, daha üç nəfərin axtarışı isə davam etdirilir.

Bu barədə noyabrın 26-da Kuba Dəniz Administrasiyası məlumat yayılıb.

Qurumun açıqlamasında bildirilir ki, ümumilikdə 13 heyət üzvü tapılıb, onlardan biri həyatını itirib. Digər üç nəfərin axtarışları davam edir. Xəsarət alanlara tibbi yardım göstərilir və onlara müəyyən edilmiş protokollara uyğun olaraq bütün zəruri ləvazimatlar təmin olunur.

Bəyanatda, həmçinin hadisənin səbəblərini müəyyənləşdirmək, eləcə də gəmi sahibləri ilə axtarış-xilasetmə əməliyyatlarını əlaqələndirmək məqsədilə idarələrarası hökumət komissiyasının yaradıldığı qeyd olunub.

Xəbər lenti

Xəbər lenti