Meksikada corablarda gizlədilmiş 70 tısbağa və buqələmun qaçaqmalçılığının qarşısı alınıb

Dünya xəbərləri Xəbər 27 Noyabr 2026 07:56 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Meksikada Ətraf Mühit Prokurorluğunun əməkdaşları nadir sürünənlərin qaçaqmalçılığının qarşısını alıblar. Qaçaqmalçılar heyvanları corabların içərisində gizlədərək daşımağa çalışıblar.

Hadisə Syudad Xuarez və Çiuaua şəhərlərini birləşdirən federal magistral yolda yerləşən nəzarət məntəqəsində qeydə alınıb.

Nəqliyyat vasitəsinə baxış zamanı corabların içərisində gizlədilmiş bir buqələmun və 70 tısbağanın olduğu bağlama aşkarlanıb. Heyvanlardan bəzilərinin boğularaq öldüyü müəyyən edilib.

Mütəxəssislər sürünənlərin nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlərə aid olduğunu və onların daşınmasının yerli qanunvericiliklə qadağan edildiyini bildiriblər.

Qanun pozuntusuna yol verən şəxsləri yüksək məbləğdə cərimələr gözləyir.

Xəbər lenti

Xəbər lenti