Bakı.Trend:
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya hərbi bazasının Ermənistanda mövcudluğu məsələsini müzakirə edəcəklər.
"Vedemosti"nin məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya planlaşdırılan dekbar səfəri zamanı danışıqların gündəliyində, həmçinin İrəvanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Avropa İttifaqı (Aİ) arasında seçim məsələsinin də olduğunu deyib.
Peskov qeyd edib ki, mövcud çətinliklərə baxmayaraq, Rusiya ilə Ermənistan arasında geniş əlaqələr mövcuddur.
Onun sözlərinə görə, səfər uzun müddət əvvəl planlaşdırılıb və Kreml buna hazırlaşır.
Səfərin dekabrda baş tutacağı gözlənilir.
