Vilyam Hacıyev azadlığa buraxılıb

Cəmiyyət Xəbər 27 Noyabr 2026 14:19 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev səhhəti ilə əlaqədar vaxtından əvvəl azadlığa buraxılıb.

Trend-in məlumatına görə, Xəzər Rayon Məhkəməsi bu gün Hacıyevin səhhətini nəzərə alaraq onun cəzasının azaldılması barədə qərar qəbul edib. Qərar qəbul edilənədək cəza müddətinin başa çatmasına 1 ildən bir qədər çox vaxt qalırdı.

Vilyam Hacıyev 2020-ci il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti