Dağıstanda bir həftə əvvəl çıxarılmış iki nazir saxlanılıb

Dünya xəbərləri Xəbər 27 Noyabr 2026 14:20 (UTC +04:00)
Dağıstanda bir həftə əvvəl çıxarılmış iki nazir saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Hüquq-mühafizə orqanlarının əməkdaşları Dağıstanın keçmiş səhiyyə naziri Aliomar Axmedovu, eləcə də regionun mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə keçmiş naziri Nariman Kazimaqamedovu saxlayıblar.

"Gazeta"nın məlumatına görə, bu barədə “Baza” Telegram kanalı xəbər yayıb.

Nəşrin məlumatına görə, hər iki məmur bir gündə – bir həftədən bir qədər əvvəl vəzifəsindən azad edilib.

Keçmiş nazirlərin saxlanılma səbəbi açıqlanmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti