Bakı. Trend:
Şirvanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə axtarışda olan İ. Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.
Trend-in məlumatına görə, İ. Rüstəmov və tanışı A. Şərifov bir müddət əvvəl iranlı narkotik satıcısı ilə əlaqə quraraq satış məqsədilə ondan 4 kiloqramdan artıq narkotik vasitə və metadon həbləri əldə etməkdə şübhəli biliniblər.
A. Şərifov Şirvan ərazisində əvvəlcədən gizlədilmiş narkotik vasitələri götürərkən polis tərəfindən saxlanılıb. O, məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə zamanı ərazidən qaçan İ. Rüstəmov barəsində isə axtarış elan olunub.
Məhkəmənin qərarı ilə İ. Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq davam edir.
