Bakı.Trend:
Əlverişsiz hava şəraiti ilə əlaqədarABŞ-də elektrik enerjisi təchizatı olmayan istehlakçıların sayı 840 minə yaxınlaşıb.
Bu barədə "PowerOutage" monitorinq resursunun məlumatlarında bildirilir.
Məlumata görə, hazırda 838 656 ev təsərrüfatı elektrik enerjisi təchizatında fasilələrlə üzləşib. Ən çox elektrik kəsintisi Virciniya, Nyu-Cersi, Merilend və Pensilvaniya ştatlarında qeydə alınıb.
Çərşənbə günü güclü yağışlar və külək səbəbindən Nyu-York şəhərində, eləcə də Nyu-Cersi ştatında fövqəladə vəziyyət elan edilib. Şükranlıq Günü münasibətilə keçirilən "Macy's" paradının təşkilatçıları tədbirin cümə axşamından şənbə gününə keçirilməsi barədə qərar qəbul ediblər.
Nyu-Yorkda Şükranlıq Günü münasibətilə təşkil edilən parad son bir əsr ərzində ilk dəfədir ki hava şəraiti ilə əlaqədar təxirə salınır.
