Bakı. Trend:
Bu gün Misli Premyer Liqasında 13-cü tura start veriləcək.
Liqa cədvəlinə əsasən, ilk oyun günündə iki matç keçiriləcək.
Əvvəlcə "İmişli" "Şəfa"nı qəbul edəcək. 12 turdan 12 xalı olan "İmişli" turnir cədvəlində 8-ci, "Şəfa" isə 5 xalla 11-cidir.
Digər qarşılaşmada "Neftçi" "Zirə" ilə qarşılaşacaq. Hazırda paytaxt klubu 27 xalla turnir cədvəlinin lideridir, "Zirə" isə 20 xalla 5-ci yeri tutur.
