Milli Qəhrəmanın qardaşına vəzifə verildi (FOTO)

Cəmiyyət Xəbər 27 Noyabr 2026 09:45 (UTC +04:00)
Milli Qəhrəmanın qardaşına vəzifə verildi (FOTO)
Vüqar İsmayılov
Vüqar İsmayılov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Famil Teymurov Lənkəran Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktorunun vəzifələrinin müvəqqəti icrasına təyin edilib.

Trend-in əldə etdiyi məlumata görə, Famil Nurməmməd oğlu Teymurov Mərkəzə metodist vəzifəsinə təyin olunub, eyni zamanda direktorun vəzifələrinin müvəqqəti icrası ona həvalə edilib.

Famil Teymurov 2012-ci ildən Şəhid Bəxtiyar Rüstəmov adına Asxanakəran kənd tam orta ümumtəhsil məktəbində müəllim, daha sonra isə tədris işləri üzrə direktor müavini vəzifələrində çalışıb.

O, pedaqoji fəaliyyəti ilə yanaşı, idman sahəsində də uğurlar əldə edib. Belə ki, 2017–2018-ci illərdə sərbəst güləş üzrə I dərəcəli beynəlxalq idman ustası adına layiq görülüb. Bundan əlavə, 5 il Asxanakəran kənd Bələdiyyəsinin sədri vəzifəsində çalışıb.

Famil Teymurov 2025-ci ildə “Azərbaycan müəllimi” fəxri diplomu ilə təltif edilib. 7 fevral 2026-cı ildə Milli Məclisin Elm və təhsil komitəsi tərəfindən Fəxri Diplomla mükafatlandırılıb.

Xatırladaq ki, Pəncəli Teymurov 2016-cı ilin aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərib. Prezident İlham Əliyevin 7 noyabr 2025-ci il tarixli sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti