“Beşiktaş” azarkeşlərinə qarşı polis müdaxiləsi Ankaranı hərəkətə gətirdi

Dünya xəbərləri Xəbər 27 Noyabr 2026 11:14 (UTC +04:00)
“Beşiktaş” azarkeşlərinə qarşı polis müdaxiləsi Ankaranı hərəkətə gətirdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Gürcüstan polisinin UEFA Avropa Liqasının V turunda İsrailin “Hapoel Beer-Şeva” komandası ilə qarşılaşan “Beşiktaş” klubunun azarkeşlərinə qarşı sərt müdaxiləsi Ankarada birmənalı qarşılanmayıb . İnsidentdən sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə telefon danışığı aparıb.

Bu barədə "Haberler" məlumat yayıb.

Bildirilir ki, söhbət zamanı oyun zamanı azarkeşlərə qarşı müdaxilə və baş verən hadisələr müzakirə olunub.

Türkiyə Xarici İşlər Nazirliyinin mənbələrinin yaydığı açıqlamada bildirilib:

“UEFA Avropa Liqasının oyununu izləmək üçün Batumidə olan vətəndaşlarımızın vəziyyəti diqqətlə izlənilir.Hörmətli nazirimiz Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə telefon danışığı aparıb. Tbilisidəki səfirliyimizin və Batumidəki baş konsulluğumuzun əməkdaşları stadiondadırlar. Vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi və hüquqlarının qorunması üçün bütün zəruri tədbirlər görülür”.

Qeyd edək ki, UEFA Avropa Liqasının V turu çərçivəsində Batumidə keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” matçında azarkeşlərlə yerli polis əməkdaşları arasında qarşıdurma yaşanıb. İğtişaşlarla əlaqəda 16 nəfər saxlanılıb. Onu da qeyd edək ki, matç Türkiyə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti