Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirilməsinin qarşısı alınıb (FOTO)

Hadisə Xəbər 27 Noyabr 2026 12:18 (UTC +04:00)
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirilməsinin qarşısı alınıb (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

12 saylı cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, Penitensiar xidmətin əməkdaşları əməliyyat-axtarış tədbirləri zamanı məhkuma tanışının gətirdiyi sovqata baxış keçiriblər. Baxış zamanı altı bükümdə ümumi çəkisi 5,874 qram olan heroin və 2,408 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Nazirlik xatırladıb ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşya və maddələrin ötürülməsi qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti