Avtoservisdə ustanın 5 min manatanı oğurlayan müştəri saxlanıldı

Hadisə Xəbər 27 Noyabr 2026 12:20 (UTC +04:00)
Avtoservisdə ustanın 5 min manatanı oğurlayan müştəri saxlanıldı
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Bakının Nizami rayonunda avtoservis ustasının 5 min manatını oğurlamaqda şübhəli bilinən İ. Çobanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Trend-in məlumatına görə, hadisə Babək prospektində yerləşən avtoservislərdən birində baş verib.

Araşdırma zamanı müəyyən edilib ki, usta servisə gəldikdən sonra gündəlik paltarını asılqana asıb və iş geyimini geyinib. Həmin vaxt avtomobilini servisə gətirən İ. Çobanov ustanın asılqandakı paltarının cibindən 5 min manatı götürərək ərazidən uzaqlaşıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti