Ötən il Azərbaycan və Estoniya arasında ticarət dövriyyəsi 32 milyon dollar olub

İqtisadiyyat Xəbər 27 Noyabr 2026 12:42 (UTC +04:00)
Ötən il Azərbaycan və Estoniya arasında ticarət dövriyyəsi 32 milyon dollar olub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Ötən il Azərbaycan və Estoniya arasında ticarət dövriyyəsi 32 milyon dollar olub.

Trend-in müxbiri xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Estoniya xarici işlər naziri Marqus Tsahkna ilə birgə keçirilən mətbuat konfrasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Estoniya Azərbaycana 25 milyon investisiya qoyub.

"Hazırda təbii ki, ticarət dövriyyəsi baxımından və investisiyalar baxımından biz mövcud vəziyyəti qənaətbəxş hesab edə bilmərik. Ötən il ticarət dövriyyəsi cəmi 32 milyon ABŞ dolları həcmində olub. Estoniyadan Azərbaycana isə 25 milyon ABŞ dolları həcmində investisiyaların yatırılmasının şahidi olmuşuq. 70-ə yaxın Estoniya şirkəti Azərbaycanda fəaliyyət göstərir, onlardan 48-i aktiv fəaliyyət göstərir. Son dövr ərzində iki ölkənin biznes qurumlarının bilavasitə təmaslarının formalaşması, biznes forumların təşkili istiqamətində də bir sıra tədbirlər həyata keçirilib. Ümumi baxışımız ondan ibarətdir ki, bu praktikanı davam etdirmək lazımdır və əminik ki, bu, öz müsbət nəticəsini verəcək".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti