Türkiyədə irimiqyaslı narkotik əməliyyatı: 1800 nəfərdən çox saxlanılan var

Dünya xəbərləri Xəbər 27 Noyabr 2026 12:55 (UTC +04:00)
Türkiyədə irimiqyaslı narkotik əməliyyatı: 1800 nəfərdən çox saxlanılan var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyənin 73 vilayətində son iki həftə ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən koordinasiya olunmuş əməliyyatlar nəticəsində 2,7 ton narkotik vasitə və 1,9 milyondan çox narkotik tərkibli həb müsadirə edilib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyatlara 2 431 qrup, 3 889 əməkdaş, 10 hava nəqliyyatı vasitəsi və 35 narkotik aşkarlayan it cəlb olunub.

Ümumilikdə 1 870 şübhəli saxlanılıb, onlardan 1 017-si barəsində həbs qətimkan tədbiri seçilib, 291 nəfər isə yazılı iltizamnamənin alınmasından sonra şərti sərbəst buraxılıb .

Nazirlik narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyini bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti