Bakı.Trend:
Azərbaycanda səfirliyin açılması kiçik bir addım kimi görünə bilər. Əslində isə bu, bir dövlətin digər ölkə qarşısında götürə biləcəyi ən yüksək öhdəlik səviyyəsidir.
Trend-in müxbiri xəbər verir ki, bu barədə Estoniya xarici işlər naziri Marqus Tsahkna Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfrasında çıxışı zamanı deyib.
Estoniyalı nazir qeyd edib ki, Estoniya o qədər də böyük ölkə deyil, təxminən 1,3 milyon əhalimiz var və bizim üçün hər bir səfirlik böyük dəyər daşıyır.
“Biz qərar verdik ki, xalqlarımızın uzun bir ortaq tarixi, bənzər baxışları, çoxsaylı şəxsi əlaqələri, eləcə də dünyada oxşar çağırış və maraqları var. Əlbəttə, Bakıda, Azərbaycanda səfirliyin açılması çox vacib bir öhdəlikdir.
Son bir ildən artıq müddətdə münasibətlərimiz sürətlə inkişaf edir. Bu ay Tallində hökumətlərarası komissiyanın iclasını keçirdik və bu artıq əməkdaşlığın çox praktik səviyyəsidir”.
