Bakı. Trend:
Xaçmaz rayonunda Vətən müharibəsi şəhidi Davud Hacıyevin vəfatının altıncı ildönümü münasibətilə anım mərasimi keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib, ruhlarına dualar oxunub.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxışında Müzəffər
Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə
Şanlı Ordumuzun qazandığı tarixi Qələbənin xalqımızın qürur
mənbəyinə çevrildiyini vurğulayıb. Dövlətimizin başçısının şəhid
ailələrinə və qazilərə göstərdiyi yüksək diqqət və qayğının hər bir
vətəndaş üçün nümunə olduğunu qeyd edib. Vətən uğrunda canından
keçən igidlərimizin əziz xatirəsinin daim uca tutulacağını və
onların ailələrinin sosial məsələlərinin həllinin daim diqqət
mərkəzində qalacağını bildirib.
Tədbirdə çıxış edən digər natiqlər şəhidlərimizin göstərdiyi
misilsiz şücaətin torpaqlarımızın azadlığı uğrunda mübarizənin
parlaq təzahürü olduğunu diqqətə çatdırıblar. Vətən müharibəsi
iştirakçılarının qəhrəmanlıq salnaməsinin gənc nəsillərin
vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadığını
xüsusi qeyd ediblər.
Şəhid anası Validə Hacıyeva şəhid ailələrinə göstərilən diqqət və
qayğıya görə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin
minnətdarlığını bildirib.
