Bakıda kredit vədi ilə qadından 2 min manat alan şəxs saxlanılıb

Hadisə Xəbər 27 Noyabr 2026 13:39 (UTC +04:00)
Bakıda kredit vədi ilə qadından 2 min manat alan şəxs saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Bakının Nəsimi rayonunda kredit götürmək istəyən qadına qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Trend-in məlumatına görə, zərərçəkən banklardan birindən kredit almaq üçün tanımadığı şəxsə müraciət edib. Qadın 11 min manat kredit ala bilmək üçün qarşı tərəfin təqdim etdiyi bank kartına 2 min manat köçürüb. Lakin vəd edilən kredit ona verilməyib.

Nəsimi rayonunda polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş C. Əzimov saxlanılıb.

Araşdırma zamanı C. Əzimovun pul köçürülərkən əməlini gizlətmək məqsədilə dostuna məxsus kart hesabından istifadə etdiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti