Bu ölkədə kişilər keçmiş qayınanaları ilə evlənir - SƏBƏB

Dünya xəbərləri Xəbər 27 Noyabr 2026 15:22 (UTC +04:00)
Bu ölkədə kişilər keçmiş qayınanaları ilə evlənir - SƏBƏB
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ukraynada səfərbərlikdən möhlət almaq məqsədilə çağırış yaşında olan kişilərin keçmiş qayınanaları ilə nikaha daxil olması halları aşkarlanıb.

Bu barədə Ternopol vilayətinin polis idarəsinin rəisi Sergey Zyubanenko "Facebook" səhifəsində məlumat verib.

Onun sözlərinə görə, bu cür sxemlər artıq sistemli xarakter alıb.

Belə ki, 2024-cü ilin fevralında Ternopol sakini 66 yaşlı keçmiş qayınanası ilə evlənib. Həmin ilin mayında isə Podvoloçisk icmasında oxşar hal qeydə alınıb.

Polis şübhəli nikahların, o cümlədən əlilliyi olan qadınlarla bağlanan evliliklərin qanuniliyini yoxlamağı planlaşdırır.

Zyubanenko, eyni zamanda, həyat yoldaşları arasında yaş fərqinin özlüyündə səfərbərlikdən yayınma ittihamı üçün əsas olmadığını vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti