Bu toyda 400 mindən çox insan iştirak edib - FOTO

Maraqlı Xəbər 27 Noyabr 2026 16:33 (UTC +04:00)
Bu toyda 400 mindən çox insan iştirak edib - FOTO
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Hindistanın şərqindəki Bihar ştatında 400 mindən çox insanın iştirak etdiyi beşgünlük toy mərasimi keçirilib.

Bu barədə ANI agentliyi məlumat yayıb.

Toyu yerli Qanunvericilik Məclisinin deputatı Ananta Sinqh kiçik qızının nikahı münasibətilə təşkil edib. Bir neçə hektar ərazidə keçirilən mərasim üçün altı helikopter meydançası salınıb, 300 mətbəxdə 500-dən çox aşpaz tərəfindən 150 çeşiddə yemək hazırlanıb.

Bəy mərasimə 150-dən çox limuzinin müşayiət etdiyi retro kabriolet avtomobillə gəlib. Toy proqramına at yarışları da daxil edilib, qalibə avtomobil hədiyyə olunub.

Pulsuz yemək əldə etmək istəyən minlərlə yerli sakin də mərasimə axın edib. Basabas təhlükəsi səbəbindən əraziyə yüzlərlə mühafizəçi cəlb olunub.

Qeyd edək ki, müxtəlif cinayətlərdə ittiham olunan Ananta Sinqh toy mərasimi ilə əlaqədar girov müqabilində həbsdən müvəqqəti azad edilib. O, gələn həftə yenidən həbsxanaya qayıtmalıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti