Bu vilayətdə azərbaycanlı miqrantlar üçün patent qiyməti artırılır

Dünya xəbərləri Xəbər 27 Noyabr 2026 16:20 (UTC +04:00)
Bu vilayətdə azərbaycanlı miqrantlar üçün patent qiyməti artırılır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiyanın İvanovo vilayətində çalışan azərbaycanlı əmək miqrantları 2027-ci ildən əmək patentinə görə daha çox ödəniş etməli olacaqlar.

"BezFormata" platformasının məlumatına görə, İvanovo Vilayət Dumasının noyabrın 26-da keçirilən plenar iclasında əcnəbi vətəndaşlar üçün əmək patentinin qiymətinin artırılması ilə bağlı qərar qəbul edilib.

Yeni əmsal nəzərə alınmaqla, 2027-ci ildə patent üçün aylıq ödəniş 22 360 rubla (təxminən 464 manat) çatacaq. Bu, hazırkı göstəricidən 11,8 faiz çoxdur.

Əmək və miqrasiya məsələləri üzrə profil komitəsinin sədrinin səlahiyyətlərini icra edən Anna Ladayevanın sözlərinə görə, qiymət artımı Azərbaycan, Özbəkistan, Tacikistan, Gürcüstan və Moldova vətəndaşlarına şamil ediləcək.

Bundan əlavə, müəyyən edilmiş 6,1987 əmsalı şəxsi və məişət ehtiyacları üçün fiziki şəxslərin yanında çalışan əcnəbilərin ödəməli olduqları vergilərin hesablanmasında da tətbiq ediləcək.

Anna Ladayeva bildirib ki, patentin qiymətinin artırılması əməkhaqlarının dinamikası ilə bağlı proqnozlar nəzərə alınmaqla həyata keçirilir. Ödənişin artım tempi gələn il Rusiyadakı orta əməkhaqqının gözlənilən artımına uyğun müəyyən edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti