Azad edilmiş ərazilərdə 15 yeni bağça açılır

Cəmiyyət Xəbər 27 Noyabr 2026 15:57 (UTC +04:00)
Azad edilmiş ərazilərdə 15 yeni bağça açılır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Qarabağda işğaldan azad edilmiş ərazilərdə 15 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilir.

Bu barədə Qarabağ Regional Təhsil İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərə ərazilərində 15 yeni məktəbəqədər təhsil müəssisələri istifadəyə verilir.

Xocavənd şəhər 1 nömrəli, Xocavənd rayon Qırmızıbazar qəsəbə, Sos və Quzeyxırman kənd körpələr evi-uşaq bağçalarının, Ağdam şəhər 1 nömrəli, Ağdam rayon Sarıcalı və Kəngərli kənd körpələr evi-uşaq bağçalarının, eləcə də Xankəndi şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışı həyata keçirilib.

Xocalı rayon Təzəbinə, Daşbulaq, Şuşakənd kənd körpələr evi-uşaq bağçası, Xocavənd rayon Xanoba kənd körpələr evi-uşaq bağçası, Ağdərə rayon Vəngli, Həsənriz, Aşağı Oratağ kənd körpələr evi-uşaq bağçasının yaxın günlərdə açılışının həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, yeni müəssisələrin istifadəyə verilməsi azad edilmiş ərazilərdə uşaqların məktəbəqədər təhsilə əlçatanlığının artırılması və onların erkən yaşlardan təlim-tərbiyə prosesinə cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti