Azərbaycanlı biznesmenin 20 obyekti müsadirə oluna bilər - QALMAQAL

Dünya xəbərləri Xəbər 27 Noyabr 2026 16:37 (UTC +04:00)
Azərbaycanlı biznesmenin 20 obyekti müsadirə oluna bilər - QALMAQAL
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Voronej vilayətinin prokurorluğu şəhərdə yerləşən “Alekseyevski” bazarının ərazisindəki torpaq sahələrinin və həmin ərazidəki 20 obyekti dövlət mülkiyyətinə qaytarılması tələbi ilə məhkəməyə müraciət edib.

“Kommersant” nəşrinin məlumatıma görə, prokurorluq bazarın yerləşdiyi ərazinin sonradan formalaşdırılmış torpaq sahəsinin 2007-ci ildə saxta sənədlər əsasında dövlət qeydiyyatına alındığını iddia edir.

Hazırda həmin torpağın bir hissəsi Voronejdə tanınmış iş adamı, Azərbaycan diasporunun nümayəndəsi Yusif Xəlilovun və bazarın operatoru olan “Alef” MMC-nin mülkiyyətindədir.

Voronej vilayət məhkəməsinin məlumat bazasında mülki iş üzrə tərəflərin adları açıqlanmır. Bunun səbəbi məhkəmə prosesində məxfi qrifi daşıyan materiallardan istifadə olunmasıdır.

Nəşrin məlumatına əsasən, iş üzrə növbəti məhkəmə iclası dekabrın 9-na təyin edilib. Hüquq-mühafizə orqanlarındakı mənbələr iddianın hələ 2026-cı ilin sentyabrında təqdim edildiyini bildiriblər. Bununla belə, məhkəmə prosesinin uzun çəkə biləcəyi və qərarın bu il qəbul olunmasının ehtimalının az olduğu qeyd edilir.

Nəşr, həmçinin Yusif Xəlilovla əlaqəli digər məhkəmə prosesləri barədə də məlumat verib.

Belə ki, iyul ayında Voronej vilayət məhkəməsi prokurorluğun şəhərin Dоnbass küçəsində yerləşən “Fort” restoranının binası ilə bağlı 2007-ci ildə qəbul edilmiş qərara yenidən baxılması barədə təqdimatını təmin edib. Həmin qərarla restoran binasına mülkiyyət hüququ tanınmışdı. Halbuki obyekt əvvəlcə özbaşına tikili statusunda olub və ticarət pavilyonu üçün ayrılmış ərazidə yerləşib. İşə yenidən baxılmasına sonradan üzə çıxmış hallar səbəb olub.

Bundan başqa, iyun ayında Mərkəzi Dairə Arbitraj Məhkəməsi Yusif Xəlilovun bir neçə tikilinin sökülməsi ilə bağlı aşağı instansiya məhkəmələrinin qərarlarından verdiyi kassasiya şikayətini təmin etməyib. Sökülməsi nəzərdə tutulan obyektlər arasında Petrovski sahili yaxınlığında yerləşən “Yardy Superbar” restoranı da var. Nəşrin məlumatına görə, həmin bina hələ də sökülməyib və istifadəsiz vəziyyətdədir.

Xəbər lenti

Xəbər lenti