Böyük Britaniyanın ən böyük qaz anbarı bağlanmaq üzrədir - KİV

Dünya xəbərləri Xəbər 28 Noyabr 2026 00:50 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyanın ən iri qaz anbarı sayılan “Rough” anbarı obyektin sahibi “Centrica” enerji şirkətinə hökumətin maliyyə dəstəyi göstərməkdən imtina etməsindən sonra bağlanmaq təhlükəsi ilə üzləşib.

Bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, “Centrica” rəhbərliyi yaxın aylarda qaz anbarının bağlanması və yüzlərlə iş yerinin ixtisar olunması riskinin olduğunu bildirib. Qeyd olunur ki, şirkət milli enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan, lakin hazırda rentabelli olmayan obyektin fəaliyyətini xilas etmək üçün Böyük Britaniyanın Baş naziri Endi Börnhamla təcili danışıqlar aparılmasında israr edir.

Qəzetin məlumatına görə, “Centrica” hökumətə “Rough” qaz anbarına 2 milyard funt sterlinq (2,6 milyard dollar) həcmində investisiya yatırmağı təklif edir. Şirkət ilkin investisiyaları öz üzərinə götürməyə hazırdır, lakin bu vəsaiti sonradan ev təsərrüfatlarının elektrik enerjisi hesablarına daxil ediləcək məqsədli ödənişlər hesabına geri qaytarmağa ümid edir.

“Centrica” qeyd edib ki, mövcud şəraitdə Böyük Britaniyanın ümumi qaz saxlama gücünün təxminən yarısını təşkil edən obyektin fəaliyyəti üçün yeni lisenziya almaq məqsədilə müraciət etməyi planlaşdırmır. Hazırkı lisenziyanın müddəti 2027-ci ilin aprelində başa çatır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti