Neftçalada balıqartırma zavodu özəlləşdirilib

Cəmiyyət Xəbər 27 Noyabr 2026 17:58 (UTC +04:00)
Neftçalada balıqartırma zavodu özəlləşdirilib
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Neftçala rayonunun Sübh kəndində yerləşən keçmiş Kür-Ağzı Nərə Balıqartırma Zavodunun əmlak kompleksi investisiya müsabiqəsi yolu ilə özəlləşdirilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, müsabiqənin qalibi “Rail Trans Service” MMC dövlət büdcəsinə 2,2 milyon manat köçürməyi və üç il ərzində müəssisəyə 10 milyon manat sərmayə yatırmağı öhdəsinə götürüb. Layihə çərçivəsində 150 iş yerinin yaradılması planlaşdırılır.

Müsabiqə komissiyası oktyabrın 21-də iddiaçıların təklif zərflərini açaraq qalibi müəyyən edib. Şirkətlə alqı-satqı müqaviləsi noyabrın 12-də imzalanıb.

İnvestisiya proqramına əsasən, kompleksdə təmir-tikinti işləri aparılacaq, 40 nohur tam bərpa ediləcək, qapalı su dövriyyəsi sistemi qurulacaq və yeni avadanlıq quraşdırılacaq. Proqramda törədici balıqların, xammal və materialların, nəqliyyat vasitələri və texnikanın alınması da nəzərdə tutulur.

Nohurlarda əsasən çəki, naqqa, qayabalığı və ağ amurun yetişdirilməsi planlaşdırılır. Qapalı su dövriyyəsi sistemində isə Sibir nərəsi yetişdiriləcək və qara kürü istehsal olunacaq. Müəssisədə soyudulmuş və hisə verilmiş balıq məhsullarının istehsalı da nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti