Ölkəmiz Hindistana neft ixracını 3,3 dəfə artırıb

İqtisadiyyat Xəbər 27 Noyabr 2026 17:21 (UTC +04:00)
Ölkəmiz Hindistana neft ixracını 3,3 dəfə artırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın Hindistana neft ixracının fiziki həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə artıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycandan Hindistana bitumlu süxurlardan alınmış 666,5 milyon dollar dəyərində 830 min ton neft və neft məhsulları ixrac edilib.

Trend-in Komitənin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 540,4 milyon dollar və ya 5,3 dəfə, fiziki həcmdə isə 579,9 min ton və ya 3,3 dəfə artıb.

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan Hindistana 126,1 milyon dollar dəyərində 250,1 min ton bitumlu süxurlardan alınmış neft və neft məhsulları ixrac olunub.

Komitənin məlumatına əsasən, Hindistan 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın neft və neft məhsullarını idxal edən ölkələr arasında üçüncü yeri tutub.

2021-2025-ci illərdə Azərbaycanın Hindistana bitumlu süxurlardan alınmış neft və neft məhsulları ixracının həcmi və dəyəri aşağıdakı kimi dəyişib:

İl İxracın həcmi İxracın dəyəri
2021 1,261 milyon ton 584,2 milyon dollar
2022 2,016 milyon ton 1,625 milyon dollar
2023 2,025 milyon ton 1,227 milyon dollar
2024 1,169 milyon ton 729,8 milyon dollar
2025 335 min ton 167,3 milyon dollar

Məqalədə:

Xəbər lenti

Xəbər lenti