Bakı aeroportunda 10 mindən çox bəyan edilməmiş dərman aşkarlandı

Cəmiyyət Xəbər 27 Noyabr 2026 16:48 (UTC +04:00)
Bakı aeroportunda 10 mindən çox bəyan edilməmiş dərman aşkarlandı
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman vasitəsinin gömrük nəzarətindən yayındırılması cəhdinin qarşısını alıblar.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Moskva-Bakı reysi ilə gələn Rusiya Federasiyası vətəndaşının baqaj və əl çantaları üzərində gömrük nəzarəti tətbiq edilib.

Stasionar rentgen qurğusunda keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə edildiyindən vətəndaşa məxsus baqaj və əl çantaları gömrük yoxlamasına cəlb olunub. Yoxlama zamanı çantalardan gömrük orqanına bəyan edilməyən 5 adda 9900 həb və 250 iynədən ibarət dərman vasitələri aşkarlanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti