“Neftçi” “Zirə”ni məğlub edib - Premyer Liqa

İdman Xəbər 27 Noyabr 2026 21:24 (UTC +04:00)
“Neftçi” “Zirə”ni məğlub edib - Premyer Liqa

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

Günün ikinci görüşündə “Neftçi” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. “Palms Sports Arena”da keçirilən qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 8-ci dəqiqədə Breno Almeyda vurub.

Xallarını 30-a çatdıran “ağ-qaralar” liderliyini davam etdirir. “Zirə” isə 20 xalla 5-ci sırada yer alıb.

Açılış matçında “Şəfa” “İmişli”nin qonağı olub. Yevlax şəhər stadionunda oynanılan görüş Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qalibiyyətlə uğursuz seriyaya son qoyan qonaqların heyətində Elnur Cəfərov dubl edib. Digər qolu Musa Quel vurub. Nominal meydan sahiblərinin yeganə qoluna isə Ronaldo de Souza imza atıb.

Hazırda “İmişli” 12 xalla turnir cədvəlinin 8-ci, “Şəfa” isə 8 xalla 11-ci pilləsində qərarlaşıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti