Bakı. Trend:
Gürcüstanın Ankaradakı səfiri Kalandia Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Anadolu Agentliyinin məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyinin mənbələri bildiriblər ki, səfir Kalandia Nazirliyə çağırılaraq, “Beşiktaş” futbol klubunun Batumidə keçirdiyi UEFA Avropa Liqası matçı zamanı baş verən ciddi hadisələrlə bağlı etiraz bildirilib və müxtəlif sübutlar təqdim olunub.
Hadisələrin bütün aspektləri üzrə araşdırılması, eləcə də Türkiyə vətəndaşlarına qarşı qeyri-mütənasib güc tətbiq edən və müdaxiləyə yol verən şəxslər barəsində zəruri hüquqi tədbirlərin görülməsi tələb edilib.