Məleykə Abbaszadə fakültələri gəzdi, tələbələrlə söhbətləşdi (FOTO)

Cəmiyyət Xəbər 27 Noyabr 2026 18:11 (UTC +04:00)
Məleykə Abbaszadə fakültələri gəzdi, tələbələrlə söhbətləşdi (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə universitetin müxtəlif fakültələrində olub, tələbələrlə görüşüb.

Trend-in məlumatına görə, bu barədə Bakı Dövlət Universitetindən bildirilib.

Qeyd olunub ki, rektor universitetin müxtəlif fakültələrində təhsil alan tələbələrlə görüşərək onların tədris prosesi, universitet həyatı və təşəbbüsləri ilə bağlı fikirlərini dinləyib.

Görüşlər zamanı Məleykə Abbaszadə tələbələrin təkliflərini dinləyib.

Rektor, həmçinin universitetin maddi-texniki bazasına baxış keçirib, tədris prosesinin təşkili və fakültələrdə yaradılmış şəraitlə yaxından tanış olub.

Qeyd edək ki, Məleykə Abbaszadə noyabrın 19-da Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti